Zakir Həsənov hərbi qulluqçulara hədiyyələr göndərib - FOTOLAR

Xəbərlər

27.02.2023 - 16:12

Azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşlər keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup zabiti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrdə xidmət edən hərbi qulluqçularla görüşüb. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət şəraiti öyrənilib, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb, onlarla maarifləndirici söhbətlər aparılıb və hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib.

Böyük ruh yüksəkliyi ilə xidmətini davam etdirən hərbi qulluqçular ölkə rəhbərliyinin diqqət və qayğısını daima hiss etdiklərini, göstərilən etimadı nümunəvi xidmətləri ilə doğrultmağa çalışdıqlarını bildiriblər.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya müdafiə naziri adından qiymətli hədiyyələr təqdim edilib.

Zakir Həsənov hərbi qulluqçulara hədiyyələr göndərib - Zakir Həsənov hərbi qulluqçulara hədiyyələr göndərib - Zakir Həsənov hərbi qulluqçulara hədiyyələr göndərib - Zakir Həsənov hərbi qulluqçulara hədiyyələr göndərib - Zakir Həsənov hərbi qulluqçulara hədiyyələr göndərib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş