Yunanıstan türk qaçqınların sığınacaq statusunu kütləvi şəkildə ləğv etməyə hazırlaşır
Yunanıstanda onlarla türk qaçqının sığınacaq statusu ləğv ediləcək. AYNA.AZ xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, Yunanıstan hakimiyyəti sığınacaq statusunun ləğvi və "cinayət şəbəkələrində iştirak edən" Türkiyə vətəndaşlarının deportasiyası prosesini sürətləndirib.
Məlumata görə, iddiaya əsasən, Yunanıstanda Türk mafiyasının fəallığının artması hakimiyyət orqanlarını təşvişə salıb.
Miqrasiya və Sığınacaq Nazirliyi ilə Vətəndaşların Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, hazırda Yunanıstana qaçqın kimi gələn yüzlərlə Türkiyə vətəndaşına qarşı "cinayət işlərinə qarışmaq" iddiası qaldırılıb.
Artıq 10-dan çox adamın sığınacaq statusu ləğv edilib.
Yunanıstan hakimiyyəti onların beynəlxalq müdafiə statusunu kütləvi şəkildə ləğv etmək və sonradan deportasiya proseslərinə başlamaq niyyətindədir.