“Yüksəliş” müsabiqəsinə qeydiyyat başlayıb

Xəbərlər

17.02.2023 - 15:21

Qeydiyyat mərhələsini kompüterdən əlavə, smartfon və planşet vasitəsilə də tamamlamaq mümkündür

“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. AYNA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Qeyd edilib ki, müsabiqədə iştirak etmək istəyənlər saytına daxil olaraq müsabiqənin şərtləri ilə ətraflı tanış ola və qeydiyyatdan keçə bilərlər.

Əgər şəxsi kabinet mövcuddursa, müsabiqə şərtlərini qəbul edərək qeydiyyatı təsdiqləmək kifayətdir.

Qeydiyyat mərhələsini kompüterdən əlavə, smartfon və planşet vasitəsilə də tamamlamaq mümkündür. Müsabiqə və qeydiyyatla bağlı suallar yarandıqda "1820" Çağrı mərkəzinə müraciət etmək mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş