Yüksək qızdırma səbəbilə xəstəxanaya çatdırılan azyaşlı ölüb

Xəbərlər

22.02.2026 - 10:58

Həkimlərin apardığı tibbi müdaxilələrə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb

Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı uşaq dünyasını dəyişib.

AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, təxminən 3 yaşlarında olan uşaq Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Həkimlərin apardığı tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata əsasən, azyaşlının yüksək qızdırma səbəbindən vəfat etdiyi bildirilir.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş