Yük avtomobili Sulutəpə qəsəbəsindən qaçırılıb
Bakıda yük maşını oğurlanıb. AYNA-ya bu barədə Respublika Dövlət Yol Polisindən məlumat verilib.
Bildirilib ki, bu gecə saat 03:45 radələrində “ZİL-MMC-4512” markalı, 50-DA-951 dövlət qeydiyyat nişanlı yük avtomobilinin Sulutəpə qəsəbəsindən qaçırılması barədə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsindən daxil olan məlumat əsasında həmin avtomobil DİN Baş DYP İdarəsinin Ekoloji nəzarət bölüyünün 99-YP-688 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan YPX inspektorları tərəfindən saxlanılıb.
Yük avtomobilini qaçırmış Qobustan rayon sakinləri 1974-cü il təvəllüdlü Ağayev Yusif Heydər oğlu və 1980-ci il təvəllüdlü Qədirov Qədir Mamed oğlu tutularaq istintaq orqanlarına təhvil veriliblər.