“Yoxsulluq həddini 5 faiz göstərirlər, bu, şişirdilmə deyil, bəs nədir?”

İqtisadiyyat

17.10.2019 - 20:02

Həkimlər Klinikalar SEO Xidməti

Ekspert: “Dövlət qurumları statistik rəqəmləri şişirtməklə “yaxşı işləyirik” mənzərəsini yaratmağa çalışır”

 

“O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versə, artıq özlərini ifşa etmiş olacaq. Hökumət, əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər”.

 

Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə səsləndirib. Belə anlaşılır ki, dövlət qurumlarının zaman-zaman açıqladığı statistika, ortaya çıxardığı göstəricilər ölkə rəhbərliyini də şübhələnməyə vadar edir.

 

Dövlət başçısının xəbərdarlıq xarakterli fikirlərini AYNA-ya şərh edən iqtisadçı-ekspert Qadir İbrahimlinin sözlərinə görə, sosial-iqtisadi sahədə fəaliyyət göstərən qurumların fəaliyyətində həqiqətən də ciddi nöqsanlar var: “Əgər ölkədə normal iqtisadi siyasət yürütmək istəyirlərsə, real rəqəmlərə əsaslanan statistika verilməlidir. Statistika təbliğat vasitəsinə çevrilə bilməz. Statistika siyasiləşə bilməz. Misal üçün, yoxsulluq həddi 5% (500 min insan) kimi göstərilir. Reallıqda isə bilirik ki, vəziyyət belə deyil, göstərici daha yüksəkdir. Şişirdilmə deyil, bəs nədir? Əgər doğru rəqəmlər bəyan olunsa, onda Azərbaycan beynəlxalq kredit təşkilatlarından, fondlardan daha sərfəli şərtlərlə kreditlər götürə bilər”.

Raminə Eyvazqızı


Simurq

Dünən, 16:45 Mədəniyyət