Artıq plan arxasınca qaçmaq qayğısı olmayacaq
Uzun illər idi, hökumətlə müstəqil ekspertlər arasında polemika mövzularından biri də vergi qanunvericiliyinin pozulması ilə bağlı sanksiyaların proqnozlaşdırılması ətrafında idi. Hökumət hər il bu sanksiyalar üzrə büdcəyə gələcək dövr üçün müəyyən bir məbləğ proqnozlaşdırdı. Məsələn, 2019-cu ilə 232 mln. manat proqnoz var idi.
Müstəqil ekspertlərin yanaşması isə bu idi ki, vergi sanksiyalarını proqnozlaşdırmaq 2 baxımdan problemlidir:
1) Bəlkə növbəti ildə bütün vergi ödəyiciləri qanun pozmayacaq, siz pozacaqlarını necə müəyyən edirsiniz? Ən azı, nəzərə baxımdan bu, mümkündür. Hətta praktik baxımdan real görünməsə belə, proqnoz üçün məbləği necə müəyyən etmək olar?
2) Sanksiya üzrə proqnoz müəyyən etmək o deməkdir ki, hökumət büdcəni tam icra etmək üçün, mümkün oldu-olmadı həmin sanksiyanı tətbiq etmək üçün daim yollar və bəhanlər axtarışında olacaq.
Artıq bu məsələdə konsensus tapıldı, demək olar: 2020-ci ilin büdcəsində bu maddə üzrə proqnoz çıxarılıb. Yəni vergi sanksiyalaları üzrə il ərzində büdcəyə faktiki daxilolma nə olacaqsa, olacaq. Plan arxasınca qaçmaq qayğısı olmayacaq - ən azından ümid edək...