ABŞ iqtisadiyyatı ilk rübdə 4.8 faiz geriləyib

İqtisadiyyat

29.04.2020 - 19:03

Həkimlər Klinikalar SEO Xidməti

İlin ilk rübündə fərdi istehlak xərcləri qiymət indeksi isə 1,3 faiz artıb

 

ABŞ Ticarət Nazirliyi yanvar-mart dövrü üçün ümumdaxili məhsul məlumatlarını açıqlayıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da ilin ilk rübündə ÜDM 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalıb.

 

Bu dövrdə ABŞ iqtisadiyyatındakı daralmaya fərdi istehlak xərcləri, xaricilərin sabit sərmayələri, özəl səhmdar investisiyaları, ixracat və idxalın azalmasının təsirinin olduğu bildirilib.

 

İlin ilk rübündə fərdi istehlak xərcləri qiymət indeksi isə 1,3 faiz artıb. Qida və enerji xərclərini istisna edən əsas fərdi istehlak xərcləri qiymət indeksi də bu dövrdə 1,8 faiz yüksəlib.

 

Digər tərəfdən, 1718 dollara satılan qızılın bir unsiyası 1,717 dollar olub. 23,93 dollar civarında qərarlaşan Brent markalı neftin bir barelinin qiyməti isə 24.53 dollara satılıb.

Müəllif: Ayna.az