Yordanidze Sabirabadda yanğın törədib

Hadisə

22.08.2025 - 10:37

Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb

Avqustun 21-də Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan AYNA.AZ-a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.

Əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş