Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilmiş şəxslərin sayı açıqlanıb

Xəbərlər

10.02.2020 - 11:05

Həkimlər Klinikalar SEO Xidməti

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilmiş şəxslərlə bağlı məlumat yayıblar.

 

AYNA-ya verilən məlumata görə, Kliniki Tibbi Mərkəzdən Nazirliyə verilən məlumata görə, fevral ayının 10-u üçün yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var: "Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir". 

 

Qeyd olunur ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar: "Onların xəstə şəxslərlə kontaktı olmayıb. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş