Yol polisindən sürücülərə MÜRACİƏT

Xəbərlər

27.02.2023 - 13:02

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bakıda və Abşeron yarımadasında, Sabirabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DYP) Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd edilib ki, bu, sürücülərə ciddi çətinliklər yaradır.

“Qeyd olunanları nəzərə alaraq bütün sürücülərdən sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”, - məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş