Yol polisi sürücülərə müraciət edir

Xəbərlər

10.01.2020 - 16:54

Həkimlər Klinikalar SEO Xidməti

Nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrinin istismarı yolverilməzdir

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib. AYNA-ya bu barədə BDYPİ-nin HTT və İQƏŞ-nin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev tərəfindən məlumat verilib.

 

Müraciətdə bildirilir ki, avtomobil yollarında bəzi şəxslər tərəfindən yüklərin daşınmasında texniki şəraitdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən istifadə edilir. Bir sıra hallarda isə yük daşıyan nəqliyyat vasitələrində nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılır. Bu cür hallar hərəkətin digər iştirakçılarının həyat və sağlamlıqlarına ciddi təhlükə yaratmaqla, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.  

 

Halbu ki, yüklərin daşınması zamanı təhlükəsizlik tədbirlərinə riayət olunmalı, texniki standartlara uyğun gəlməyən, o cümlədən tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin silgəcləri, şüşəyuyanları, təkərləri, şinləri, mühərriki, yaxud konstruksiyasının ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrinin istismarı yolverilməzdir . 

 

Belə faktlar aşkar olunaraq müvafiq tədbirlərin görülməsi istiqamətində DYP əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş