Yol nişanı lövhəsini oğurlayan şəxs yaxalanıb

Xəbərlər

23.05.2021 - 16:53

Həkimlər Klinikalar SEO Xidməti

Həmin şəxs yol nişanı lövhəsi ilə birlikdə Polis Şöbəsinə gətirilib

 

Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində yol nişanı lövhəsini oğurlayan şəxs tutulub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları xidmətdə olan zaman Biləsuvar rayonu ərazisindən keçən magistral yolun kənarında quraşdırılmış yol nişanı lövhəsini oğurlamaq istəyən şəxsi aşkar ediblər.

 

Polis əməkdaşları həmin şəxsi saxlayaraq, yol nişanı lövhəsi ilə birlikdə Polis Şöbəsinə gətiriblər. Araşdırmalarla oğurluq əməlini törədən şəxsin İmişli rayon sakini İntiqam Dadaşov olduğu müəyyən edilib. Hazırda Cəbrayıl RPŞ-də faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş