Yevlaxda taksi yaşlı kişini vuraraq öldürüb

Hadisə

25.12.2023 - 04:48

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə rayonun Nemətabad kəndində qeydə alınıb

Yevlax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Nemətabad kəndində qeydə alınıb.

Kənd sakini, 1937-ci il təvəllüdlü Barı Alo oğlu Mamayevi “VAZ-21011” markalı avtomobil vurub.

Ağır xəsarətlər alan piyada elə hadisəni törətməkdə şübhəli bilinən sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub.

Qeyd edək ki, avtomobil taksi olaraq fəaliyyət göstərirmiş.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş