Onlar martın 19-da yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıblar
Yevlax rayonunun Ərəş kəndində dörd yeniyetmə - 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu martın 19-da yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıblar.
Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Şəkillərdəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin 102 – Zəng Mərkəzinə, Yevlax Rayon Polis Şöbəsinin (022) 336–45–02 şəhər və (055) 537–87–97 mobil nömrələrinə zəng vurmaları xahiş olunur.