Yevlaxda 5 kiloqram uyuşdurucu aşkarlanıb

Xəbərlər

28.02.2026 - 19:48

Narkotiki satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuș Savalan Quliyev saxlanılıb. Bu barədə AYNA.AZ-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, ondan satış məqsədi ilə əldə etdiyi 5 kiloqram 200 qram marixuana, metamfetamin, metadon həbləri və elektron tərəzilər aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cari il ərzində Yevlaxda polis əməkdaşları tərəfindən 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş