Yevlaxda 24 yaşlı gənc bıçaqlanıb

Xəbərlər

07.04.2024 - 11:27

cedabet dərman SEO Xidməti

Hadisə tərəflər arasındakı şəxsi münasibətlər zəminində baş verib

Aprelin 7-də saat 03:00 radələrində Yevlax rayonun Əkşəm kəndi ərazisində 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata görə hadisə tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş