Yeni “ASAN Həyat” kompleksi açılıb

Cəmiyyət

04.03.2020 - 15:40

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, ölkə rəhbəri kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

 

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına məlumat veriblər.

 

Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub. Sonra dövlət ASAN könüllüləri ilə görüşüb. İlham Əliyev görüşdə çıxış edib. Sonda xatirə şəkli çəkdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş