Güclü yağışın səbəb olduğu fəlakət Mahvit və Hodeyda əyalətində geniş dağıntılara səbəb olub
Üsyançı husilərin “Ənsar Allah” hərəkatının nəzarətində olan Yəmənin Əl-Mahvit əyalətində daşqınlar nəticəsində 16 nəfər ölüb, 20-dən çox insan itkin düşüb. AYNA bildirir ki, bu barədə “Al Masirah” telekanalı yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb.
“Avqustun 29-da mülki müdafiə qüvvələri bir gün əvvəl selin baş verdiyi Malxan rayonunda 16 nəfərin cəsədini aşkarlayıb. Hazırda 22 nəfər itkin düşmüş hesab olunur”, - məlumatda qeyd olunub.
Güclü yağışın səbəb olduğu fəlakət husilərin nəzarətində olan Mahvit əyalətində və qonşu Hodeyda əyalətində geniş dağıntılara səbəb olub.