Yeddi ayda Sverdlovskdan 33 azərbaycanlı deport olunub

Dünya

11.08.2025 - 17:46

Deportasiya edilənlərin əksəriyyəti Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır

Yanvar-iyul aylarında Rusiyanın Sverdlovsk vilayətindən təxminən 1000 miqrant deportasiya edilib. AYNA.AZ xəbər verir ki, bu barədə "Tagilcity.ru" yazıb.

Deportasiya edilənlərin əksəriyyəti Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır. Belə ki, göstərilən müddət ərzində Tacikistandan 400-dən çox, Özbəkistandan 300-ə yaxın vətəndaş və Qırğızıstandan olan 130-dan çox qeyri-qanuni mühacir vətənə göndərilib.

Deportasiya edilənlər siyahısında 33 azərbaycanlı da var. Gürcüstan, Misir və Çindən olan azsaylı xarici vətəndaşlar da (1 nəfərdən 6 nəfərə qədər) rayon ərazisini tərk etmək məcburiyyətində qalıb.

İdarədən verilən məlumata görə, deportasiya edilən şəxslərin hamısı Rusiyaya işə düzəlmək məqsədi ilə gəlsələr də, qanuni əsas olmadan ölkədə olublar. Onlar deportasiya prosedurunu gözləmə müddətini xarici vətəndaşların müvəqqəti saxlanması üçün ixtisaslaşmış mərkəzlərdə keçiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş