Yaşı 35-dək olan müəllimlərin sayı açıqlanıb

Cəmiyyət

02.02.2021 - 19:53

Emin Əmrullayev Gənclər Günü münasibəti ilə müəllimləri təbrik edib

 

Ölkəmizin ümumi təhsil müəssisələrində 141 749 müəllim çalışır ki, onlardan 38 272 nəfəri 35 yaşadək olan gənc müəllimdir.

 

AYNA-nın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində yazıb.

 

Nazir qeyd edib ki, təhsilimizin inkişafında gənc müəllimlərimizin rolu danılmazdır:


"Gənc müəllimlərimizin simasında bütün gəncləri 2 Fevral - Gənclər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ölkəmizin sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıram".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş