Hadisə binanın 11-ci mərtəbəsində qeydə alınıb
Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə binanın 11-ci mərtəbəsində qeydə alınıb.
Ümumi sahəsi 145 m² olan 3 otaqlı mənzilin eyvanında su qızdırıcısı və ev əşyaları 6 m² sahədə, yataq otağında 1 ədəd çarpayı yanıb. Yüksək temperaturdan eyvanın plastik qapısı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.