Yasamalda beşmərtəbəli binada yanğın

Hadisə

07.01.2021 - 16:08

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb

 

Bakıda yaşayış binasındakı yanğın söndürülüb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

 

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş