O, tibbi prosedurlar gözlənilməklə yaşadığı evinə geri qaytarılıb
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə Regional qrupundan AYNA-ya bildirilib ki, rayon sakini Elşən Həmzəyevə COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
E.Həmzəyevin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evinə geri qaytarılıb.