Yarımçıq neft devalvasiya

İqtisadiyyat

02.10.2020 - 19:00

Pandemiyanın ikinci dalğası neft qiymətlərini vurur - devalvasiya olacaq, ya yox?

 

Mütəxəssislərin neft bazarında xammal tələbinə dair verdiyi bədib proqnozlar özünü doğrultmağa başladı. Koronavirusun yayılması qlobal iqtisadiyyatın bərpasını və inkişafını təhlükə altına qoyub ki, bu da öz növbəsində “qara qızıl”a təlabata  təzyiq göstərə bilər.

Dünyadakı neft qiymətlərindəki enişin sürətlənməsini keçirilən son neft hərracları da sübut etdi. Beləliklə, Brent markalı neft qarışığı üçün dekabr fyuçerslərinin qiyməti 4,5% azalaraq bir barel üçün 40,94 dollar təşkil etdi. Noyabr fyuçerslərinin qiyməti də  4,53% azalaraq, 40,51 dollar oldu. WTI-də noyabr fyuçerlərinin dəyəri də 5,12% azalaraq barreli 38,52 dollara düşdü.

Analitiklərin fikrincə, pandemiyanın ikinci dalğası neft qiymətlərini ucuzlaşdıracaq və Beynəlxalq Enerji Agentliyi koronavirusun yeni yayılma mərhələsindən ehtiyatlanaraq, pandemiyadan sonra iqtisadi canlanma tempinə diqqət çəkərək, “qara qızıl” a olan tələb proqnozunu aşağı saldı. IEA, bu il neftə olan tələbat proqnozunu 1 gün üçün 200.000 barel azaldaraq gündəlik hasilatı 91.7 milyon barelə endirdi. Beynəlxalq strukturun aylıq hesabatında deyilir: "Biz 2020-ci ilin ikinci yarısında neft tələbindəki canlanmanın nəzərəçarpacaq dərəcədə yavaşlayacağını gözləyirik". Burada iqtisadi dirçəlişin tam bərpasının aylar çəkəcəyini və əlavə olaraq, koronavirusun ikinci dalğasının (Avropada arlq hiss edilir) yenidən tələbə təzyiq göstərmə ehtimalı olduğunu qeyd etdilər.

Mütəxəssislər, kotirovkaların azalmasına Səudiyyə Ərəbistanı milli neft şirkətinin Saudi Aramco-nun oktyabr ayı ixracat qiymətlərini endirmə qərarının da təsir etdiyini söylədilər. Beləliklə, Saudi Aramco-nun mətbuat xidməti Səudiyyə Ərəbistanının oktyabr ayında Asiya və ABŞ-dan alıcılar üçün bütün növ neft qiymətlərini endirəcəyini bildirdi. Səudiyyə dövlət şirkətinin bu qərarı COVID-19-un ikinci dalğası ilə əlaqədar neft tələbinin azalması ilə bağlı narahatlıqlar ilə əlaqələndirilir. Saudi Aramco-nun qərarı ənənəvi olaraq İraq, Küveyt və BƏƏ də daxil olmaqla digər Orta Şərq ölkələrinin neft qiymətləri ilə bağlı qərarları üçün etalona çevrilib. Mütəxəssis dairələri neft indekslərinin azalmasının davam etməsi ilə yanaşı, bu azalmanın 2020-ci ilin aprel ayının rekord səviyyəsinə çatmayacağı fikrinə üstünlük verirlər.

Zigen (Almaniya) Universitetinin qonaq professoru Müslüm İbrahimovun sözlərinə görə, pandemiyanın ikinci dalğası olmasa belə, neft qiymətləri aşağı həddə olacaq, çünki bazarda "qara qızıl"-ın tələbatdan artıq olan ehtiyatları mövcuddur, eyni zamanda qlobal iqtisadi bərpa səviyyəsinin kifayət qədər aktiv olmaması neftə tələbi artırmır. Buna görə, pandemiyanın ikinci dalğası bu bazarı təsir göstərməsə belə, Brent markalı bir barel üçün qiymətlər 35-40 dollar aralığında olacaq, deyə “Ayna”ya bildirdi.

Ümumiyyətlə, alimin fikrincə, pandemiyanın ikinci dalğası zamanı neftin qiymətinin enməsi karantin məhdudiyyətlərinin şiddətindən asılı olacaq. Bu vəziyyətdə istehlak gündə 86 milyon barrelə düşə bilər və bu vəziyyətdə neftin qiyməti 25-30 dollara düşəcək. Bununla belə, alim belə bir ssenarini az ehtimalolunan hesab edir. Onun sözlərinə görə, pandemiyanın ilk dalğası dövründə dünyanın aparıcı iqtisadiyyatları karantin tədbirləri nəticəsində ağır zərbə aldı və bu səbəbdən də yuxarıda göstərilən ssenari böyük ehtimalla təkrarlanmayacaq.

Yeri gəlmişkən, pandemiyanın ikinci dalğasının gözləntiləri ilə birlikdə neft qiymətlərindəki azalma, qonşu ölkələrin valyuta bazarlarında güclü mənfi tendensiyalara səbəb olur. Yerli analitiklərə görə, Mərkəzi Bankın sərt rıçaqlarının əlində olan milli valyutanın yaxın vaxtlarda dollara nisbətdə enməsi ehtimalı azdır, çünki bütün çətinliklərə baxmayaraq hökumət pandemiya dövrü ilə əlaqəli olaraq, bu addımı atmayacaq.

Yaxın vaxtlarda manatın devalvasiyası olmayacaq, deyən iqtisadçı ekspert Azər Mehdiyev də redaksiyaya "bunun qarşısını alan bir sıra amillərə" əlaqələndirdi. Lakin orta müddət perspektivində neft indeksləri aşağı səviyyədə qalarsa, manatın ucuzlaşması qaçılmazdır.

Tanya Samsonova

Müəllif: Tanya Samsonova