Son 1 ildə ixrac 15,2%, idxal isə 50,6% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 16,995 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
AYNA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,6% çoxdur.
Altı aylıq xarici ticarət dövriyyəsinin 9,979 milyard dolları ixracın, 7,016 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,2%, idxal isə 50,6% artıb.
Son nəticədə xarici ticarətdə 2,963 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 26% azdır.