Yardımlıda torpaq uçqunu: bir nəfər ölüb

Hadisə

29.12.2022 - 15:48

Həkimlər Klinikalar SEO Xidməti

Meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yardımlı rayonunun Gavran kəndində 1 nəfərin torpaq uçqunu altında qalması barədə məlumat daxil olub.

FHN-dən AYNA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə 1 nəfər dərinliyi təqribən 5 metr olan çuxurda uçqun altında qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş