Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib - VİDEO

Xəbərlər

21.09.2023 - 20:56

Həkimlər Klinikalar SEO Xidməti

Erməniəsilli sakin cərrahi əməliyyat olunub

Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Belə ki, sentyabrın 21-də Xocavənd rayonu ərazisində yaralı erməni qadın Azərbaycan Ordusunun hərbi qulluqçularına yaxınlaşaraq onlardan yardım istəyib.

Hərbi qulluqçularımız dərhal yaralı qadına ilkin tibbi yardım göstərərək onu yaxınlıqdakı hərbi hospitala təxliyə edib.

Peşəkar hərbi həkimlərimiz tərəfindən erməniəsilli sakin cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş