Yaponiyada tayfun gözləntisi: 300 aviareys təxirə salınıb

Dünya

31.05.2026 - 16:42

Tayfunun iyunun 1-də Amami adalarına, ertəsi gün isə Okinava prefekturasının əsas adasına çatacağı gözlənilir

İyunun 2-də Okinavaya çatacağı gözlənilən tayfun səbəbindən Yaponiyada ən azı 290 uçuş ləğv edilib. AYNA.AZ xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Ləğv edilmiş uçuşların 31 may - 2 iyun tarixləri arasında Okinavaya yola düşməsi planlaşdırılırdı.

Milli Meteorologiya Administrasiyasının məlumatına görə, tayfunun episentri Okinavanın cənubunda yerləşir və şimala doğru hərəkət edir. Tayfunun iyunun 1-də Amami adalarına, ertəsi gün isə Okinava prefekturasının əsas adasına çatacağı gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş