Yaponiyada güclü zəlzələ olub

Dünya

12.12.2025 - 09:58

Sunami xəbərdarlığı edilib

Yaponiyanın şimalındakı Aomori prefekturası sahillərində 6,7 bal gücündə zəlzələ olub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, təxminən 20 kilometr dərinlikdə baş verən zəlzələdən sonra ölkənin şimal və şimal-şərq bölgələri üçün sunami xəbərdarlığı verilib.

Qeyd edək ki, dekabrın 8-də Yaponiyanın Aomori prefekturasındakı Misava bölgəsi sahillərində 7,5 bal gücündə zəlzələ baş verib və 50 nəfər xəsarət alıb.

Yaxın günlərdə oxşar və ya daha yüksək bal gücündə afterşokların baş verə biləcəyi barədə xəbərdarlıq edilmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş