Yanğından sağ çıxan heyvanlar indi də aclıqdan ölə bilər

Xəbərlər

12.02.2020 - 17:58

Həkimlər Klinikalar SEO Xidməti

Təcili yardıma ehtiyacı olan heyvanların müvəqqəti siyahısı da dərc edilib

 

Avstraliya hökuməti 6 aydır davam edən meşə yanğınlarında qida sahələrinin 30 faizindən çoxunu itirən 113 heyvan növünün təcili yardıma ehtiyacı olduğunu bildirib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya Federal Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vəhşi təbiəti və təhlükə altında olan canlıları meşə yanğınlarından mühafizə etməklə bağlı hazırlanan hesabatda təcili yardıma ehtiyacı olan heyvanların müvəqqəti siyahısı da dərc edilib.

 

Məlumata görə, koalalar və kenqurularla yanaşı, quş, balıq və qurbağa növləri də köməyə ən çox ehtiyac duyan canlılardandı. 

 

Ətraf mühit mütəxəssisləri tərəfindən hazırlanan hesabatda müvəqqəti siyahıya 13 quş, 19 məməli, 20 sürünən, 17 qurbağa, 5 onurğasız, 22 şirin su lobyaları və 17 balıq növü daxil edilib.

 

Digər tərəfdən, yaşayış yerlərinin demək olar ki, hamısını itirmiş bəzi növlərin məhv olmaq təhlükəsi altında olduğunu bildirən mütəxəssislər, bu növlərə puqs qurbağası, mavi su kərtənkələsi və Kanqaro siçanı kimi heyvanların aid olduğunu vurğulayıblar.

 

Avstraliya Vəhşi Təbiət Fondu (WWF) ölkədə aylarla davam edən yanğınlar nəticəsində 1 milyarddan çox heyvanın öldüyünü bildirib.

 

Qeyd edək ki, 2019-cu ilin sentyabr ayında Cənubi Uels əyalətində başlayan meşə yanğınları Kvinslend, Viktoriya və Cənubi Avstraliya əyalətlərinə qədər yayılıb və yanğınlar səbəbindən 33 nəfər dünyasını dəyişib. Ümumi sahəsi təxminən 11 milyon hektar olan Cənubi Uels ştatında 3 mindən çox ev məhv olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş