Xorvatiyada güclü zəlzələ olub

Dünya

22.03.2020 - 18:05

Xorvatiyada zəlzələ dağıntılara səbəb olub

 

Xorvatiyada zəlzələ olub. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqreb şəhəri yaxınlığında 5 bal gücündə zəlzələ olub. 


Zəlzələ zamanı bir bina çöküb. Binanın çökməsi nəticəsində bir uşaq ölüb. 

 

Paytaxtda zəlzələ nəticəsində bir çox bina və tikililər, eləcə də elektrik xətləri ciddi zərər görüb. 

Müəllif: Təranə Xudabaxşiyeva