Xocavəndə daha 70 ailə köçürülüb

Xəbərlər

20.02.2026 - 19:43

Qayıdan vətəndaşlara evlərinin açarları təqdim olunub

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. AYNA.AZ xəbər verir ki, bu gün Xocavənd şəhərinə 50 ailə - 194 nəfər, Xocavənd kəndinə isə 20 ailə - 94 nəfər köçürülüb.

Xocavənd şəhərinə və Xocavənd kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Xocavənd şəhəri və Xocavənd kəndinə köçürülən sakinlərə evlərinin açarları təqdim olunub. Mərasimdə müvafiq qurumların nümayəndələri iştirak ediblər. ANAMA əməkdaşları tərəfindən mina və partlamamış sursat təhlükəsi ilə bağlı maarifləndirici məlumat verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş