Hadisə nəticəsində xəsarət alan olmayıb
Xızı rayonu ərazisində minik avtomobili yanıb. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə şahidlərinin bildirdiyinə görə gözlənilmədən alışan minik avtomobilini söndürmək mümkün olmayıb. Nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.