Xırdalanda yaşayış binasında yanğın olub - VİDEO

Hadisə

03.12.2024 - 23:41

Həkimlər Klinikalar SEO Xidməti

23 nəfər təxliyə edilib - Xəsarət alan yoxdur

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yeddimərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 23 nəfər bina sakini təxliyə olunub.

Yanğın nəticəsində 2 ədəd elektrik lövhəsi və şaxtadan keçən elektrik naqilləri 6p.m. yanıb.

Mənzillər və şaxtadan keçən elektrik naqillərinin böyük hissəsi yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.

Müəllif: Ayna.az