Xırdalanda kişi arvadını pəncərədən yerə atıb - RƏSMİ

Hadisə

23.07.2024 - 13:33

Həkimlər Klinikalar SEO Xidməti

Hadisəni törədən şəxs saxlanılıb

Bu gün səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü A.Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşməsi və aldığı xəsarətlər nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, aparılan araşdırmalar zamanı A.Kazımovanın həyat yoldaşı 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı qəsdən mənzilin eyvanından yerə atıldığı müəyyən edilib.

H.Kazımov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.

Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, iyulun 23-ü saat 07 radələrində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində hündürmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2002-ci təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Əri tərəfindən pəncərədən atılan qadın xəstəxanada ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş