“Konstitusiyamız ölkəmizin tərəqqisinin, sabitliyinin və dövlət quruculuğumuzun möhkəm təməlidir”
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) rəsmi ”X” sosial şəbəkə hesabında 12 Noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib.
AYNA-nın məlumatına görə, paylaşımda deyilir: “Bu gün, Azərbaycan Respublikası müstəqilliyini yenidən əldə etdikdən sonra ilk Konstitusiyamızın qəbul edilməsindən 28 il ötür. Konstitusiyamız ölkəmizin tərəqqisinin, sabitliyinin və dövlət quruculuğumuzun möhkəm təməlidir. Konstitusiya Günümüz mübarək!”.