“Azərbaycan və Türkiyə Ukrayna məsələsində çox məsuliyyətli mövqe sərgiləyir”

Siyasət

05.03.2022 - 15:45

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Bayramov brifinqdə çıxış edib

“Ukraynada vəziyyət narahatlıq yaradır, görüşdə bu məsələ də müzakirə olundu”.

AYNA-nın məlumatına görə, bunu bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, Azərbaycan və Türkiyə bu məsələdə çox məsuliyyətli mövqe sərgiləyir: “Rusiya və Ukrayna prezidentləri ilə aparılan danışıqlar, sülhə çağırışlar buna nümunədir. Azərbaycan məsələlərin danışıqlar yolu ilə həllinə çağırır. İnanırıq ki, danışıqlarda nəticələr əldə oluna bilər. Bu gün Rusiya və Ukrayna arasında humanitar sahədə razılıq əldə olunub”.

Xarici işlər naziri qeyd edib ki, Azərbaycan və Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsi ilə məşğuldur: “Səfirliklər və konsulluqlarımız qarşılıqlı çalışırlar. Diplomatik missiyalarımız Azərbaycan və Türkiyə vətəndaşları arasında fərq qoymur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş