Ceyhin Bayramov: “Hazırda bölgədə sülh quruculuğu üçün münbit şərait yaranıb”
“Azərbaycan Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlıdır”. AYNA APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov video-konfrans formatında baş tutmuş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında çıxışında deyib.
Nazir bildirib ki, hazırda bölgədə sülh quruculuğu üçün münbit şərait yaranıb.