Xəzərdə zəlzələ olub

Xəbərlər

10.03.2024 - 01:09

cedabet dərman SEO Xidməti

Zəlzələnin ocağı 25 km dərinlikdə olub

Xəzər dənizində 3,1 maqnitudalı (Mw) zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Mərkəzin verilənlərinə görə, Bakı vaxtı ilə 00:09-da qeydə alınmış zəlzələnin ocağı 25 km dərinlikdə olub.

Təbii hadisənin episentri əhalisi təxminən 1 700 nəfər olan Çilov qəsəbəsindən (eyniadlı adada yerləşir) 86 km şimal-şərqdə yerləşib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş