Xəstəxanaya yerləşdirilmiş tələbə qızlardan yeni xəbər var

Xəbərlər

05.12.2019 - 14:44

Həkimlər Klinikalar SEO Xidməti

"Hər iki tələbə qız bu gün evə buraxılıb"

 

Bakıda kirayə yaşadıqları mənzildə vəziyyətləri pisləşən tələbə qızlar artıq xəstəxanadan evə buraxılıblar. 

 

AYNA-ya bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

"Qastroenterit (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılan iki tələbə qızın müalicəsi başa çatıb. Hər iki tələbə qız bu gün evə buraxılıb", - deyə qeyd olunub.

 

Xatırladaq ki, dekabrın 3-də 20 yaşlı iki tələbə qızın kirayə yaşadıqları mənzildə vəziyyəti pisləşmişdi. Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası tərəfindən hər iki tələbə qız gastroenterit ehtimalı ilə Kliniki Tibbi Mərkəzə aparılmışdı. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş