Xəlifənin qəzəbindən yaranan möcüzə - FOTOLENT

Maraqlı

09.03.2024 - 17:30

Bura Azərbaycandır: əzəmət və vahimə bir arada

Tovuz rayonunun Qəribli kəndinin ərazisində yerləşən Haçaqaya dağı əsrarəngiz təbiət hadisələrindəndir. Bir-birindən ayrı düşən 3 böyük qaya parçası buranı möcüzəvi bir məkana çevirir.

İnsanlar buraya qurban kəsmək, arzularının yerinə yetməsi üçün dua etmək, bir çoxları isə sadəcə möcüzəvi təbiət abidəsini izləmək üçün üz tuturlar. 2200 metr yüksəklikdə yerləşən Haçaqaya bölgənin ən sınanmış ziyarətgahlarından hesab edilir.

Əfsanəyə görə, IV Rəşidi xəlifəsi Əli ibn Əbu Talibə xəbər çatır ki, Tovuz-Qazax ellərində Salsal adlı bir pəhləvan müsəlmanlara zülm edir. Buna görə Azərbaycana gələn Həzrəti Əli Haçaqaya dağlarında Salsal pəhləvanla üz-üzə gəlir. Qılıncı ilə pəhləvana zərbə endirsə də, Salsalı kəsmir. Hz. Əli hirslənərək qılıncı dağa çırpır. Dağ iki yerə bölünür və Haçaqaya yaranır.

Yay aylarında buraya hər gün onlarla ziyarətçi üz tutur. Qışda isə ərazidə tam sakitlik hökm sürür. Bu sükutu yalnız qayaların arasında yuva qurmuş qarğalar pozur. Bu da, onsuz da əzəmətli görünən qayalara bir az da vahimə qatır.

AYNA oxucularına Haçaqayadan çəkilmiş qış fotolarını təqdim edir:

Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə -
Müəllif: İlham Mustafa