Floridada qasırğa zamanı iti hasara bağlayan şəxsi 5 ilə qədər həbs gözləyir

Maraqlı

17.10.2024 - 17:26

Həkimlər Klinikalar SEO Xidməti

Qarsiya heyvana qarşı şiddətli amansızlıqda ittiham olunub və 2500 dollar girov qarşılığında sərbəst buraxılıb

Florida ştatında yaşayan Aldama Qarsiya “Milton” qasırğası zamanı iti “Jumbo”nu magistral yolun kənarındakı hasara bağladığına görə həbs edilib. AYNA xarici mediaya istinadən bildirir ki, “Jumbo” yol patrulu tərəfindən xilas edilib: it artıq sinəsinə qədər su içində olub və çox qorxub.

Polislər it sığınacağa aparıblar. Florida qubernatoru Ron DeSantis iti götürüb saxlayacağını söyləyib.

23 yaşlı Qarsiya deyib ki, qasırğadan xilas olmaq üçün avtomobili ilə Corcia ştatına gedirmiş və “Jumbo”nu özü ilə aparmaq əvəzinə yolun kənarında qoyub. Qarsiya heyvana qarşı şiddətli amansızlıqda ittiham olunub və 2500 dollar girov qarşılığında sərbəst buraxılıb. Onu 5 ilə qədər həbs gözləyir.

“ABC News”un məlumatına görə, sonradan Qarsiya “Jumbo”nu sığınacaqdan götürmək istəyib, lakin sonradan "sığınacaq itə yaxşı qulluq etsə və onu sevsə" ondan imtina edəcəyini bildirib.

Qeyd edək ki, Atlantik okeanının ən güclü beşinci qasırğası sayılan “Milton” bir həftə əvvəl Florida ştatını keçərək ağacları və elektrik dirəklərini aşırmış, küçələri su basmış, binaları dağıdıb. Qasırğa azı 24 nəfərin həyatına son qoyub, üç milyondan çox insan işıqsız qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş