Xarkovdan təxliyə olunan azərbaycanlıların sayı açıqlanıb

Xəbərlər

02.03.2022 - 13:07

Həkimlər Klinikalar SEO Xidməti

500-dən çox Azərbaycan vətəndaşı ölkəyə gəlib

“Ukraynada və onun ətrafında baş verən hadisələr ciddi narahatlıq doğurur". AYNA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib. O bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, Ukraynada olan azərbaycanlılarla bağlı sərhəd dövlətlərlə əlaqə yaradılıb.

Nazir müavininin sözlərinə görə, Rumıniyanın Yassı şəhərindən 3 çarter reysi ilə 500-dən çox Azərbaycan vətəndaşı ölkəyə gəlib: “800 vətəndaşımızın Xarkov şəhərindən daha təhlükəsiz bölgələrə təxliyəsi təşkil olunub. Vətəndaşlarımızdan viza, PCR test və “COVID-19” pasportu tələb olunmur”.

Elnur Məmmədov deyib ki, 2050 Azərbaycan vətəndaşı Ukraynadan digər qonşu ölkələrə keçib: “Onlar Moldovaya, daha sonra Rumıniyaya keçənlərdir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş