Xaricdə yaşayan azərbaycanlıların diqqətinə: <font color=red> Mühüm hədəf var</font>

Siyasət

25.07.2020 - 22:28

Soydaşlarımız “Artsakh-fruit” məhsullarının satışına qadağa qoyulmasına çalışmalıdırlar

 

Rusiya bazarlarında başlayan "ərik müharibəsi" davam edir. Belə ki, dünən verilən xəbərlərə görə, Rusiyada daha bir iri pərakəndə ticarət mərkəzi erməni mallarına boykot elan edib. Bu dəfə azərbaycanlı iş adamı Araz Ağalarova məxsus "Vaş dom" mağazalar şəbəkəsi erməni mallarını almaqdan imtina edib.

 

Ermənistanın Rusiyadakı səfiri Vardan Toganyan, Rusiyanın RBK nəşrinə, Ermənistan istehsalı olan malların "Vaş dom" ticarət şəbəkəsinin bütün rəflərindən yığılmasından şikayət edib: “Eyni zamanda bütün rəflər Azərbaycanda istehsal olunan mallarla dolu idi. Bu, artıq Rusiyadakı ticarət nöqtələrinin təhlükəli nəticələrə səbəb ola biləcək "Böyük Dağlıq Qarabağ"a çevrilməsinə yönəlmiş bir təxribatdır. Əlimizdə ticarət mərkəzinin menecerləri ilə erməni şirkətlərinin və dilerlərinin elektron poçt vasitəsilə aparılan yazışmalarımız var. Onlar açıq şəkildə rəhbərliyin göstərişlərinə istinad edir, Ermənistanda istehsal olunan malların qəbulunun dayandırılması barədə danışırlar. Bu, bir həqiqətdir. Bu barədə müvafiq idarələrə məlumat verdim”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Moskvanın ən böyük topdan və pərakəndə satış bazarlarından olan "Food City" erməni meyvələrini qəbul etməkdən imtina etmişdi. Bir gündə Ermənistandan gələn 52 ədəd meyvə dolu iritonnajlı yük maşını bazar dayanacağından çıxarılmışdı. Amma onlar uzun müddət alıcı axtarmalı olmadılar: əvvəlcə meyvələri bazara yaxın əarzilərdə birbaşa avtomobillərdən satmağa başladılar, sonra digər bazarlara (“İpək Yolu” və “Buxta”) köçdülər. Ancaq məhsulların bundan sonra harada və necə satılması problemi öz həllini tapmayıb.

 

Bu hadisələrin fonunda bir vacib nüans diqqətimizdən kənarda qalır. Əriklərin satışı mövsümi xarakter daşıyır. Bundan əlavə, erməni iş adamları kənd təsərrüfatı məhsullarının satışı üçün yeni topdan və pərakəndə satış bazarı qurmaq istəklərini bildiriblər.

 

Hesab edirik ki, indi Rusiya azərbaycanlıları qarşılarına bir az fərqli vəzifə qoymalıdırlar. Artıq illərdir ki, Rusiya mağazalarının rəfləri işğal edilmiş Dağlıq Qarabağda istehsal olunan “Artsakh fruit” meyvə məhsulları brendi ilə doldurulur. "Artsakh fruit" QSC 2007-ci ildə işğal olunmuş Dağlıq Qarabağda yaradılıb. Burada bir meyvə və tərəvəz emalı zavodu da var, lakin etiketlərdə istehsal ölkəsi kimi Ermənistan göstərilir. “Artsakh fruit”un saytında xarici təfədaşlarının adları qeyd olunub: "Korona" ASC (Moskva), "Yugdekor" ASC (Krasnodar), “Bolqar” MMC, "Karas-73", "Delis" MMC (Fransa) və "Kristalvigor" QSC (Litva).

 

Gördüyünüz kimi, Azərbaycanın işğal olunmuş ərazilərindən məhsullar Rusiya, Bolqarıstan, Fransa və Litvada Ermənistanda istehsal olunmuş adı altında satılır. Amma əslində bu məhsullar Dağlıq Qarabağda istehsal olunur və buna görə beynəlxalq qanunları pozduğuna görə qanunsuz olaraq idxal edilir. Ermənistanın Qarabağda istehsal olunan etiketlərdə istehsal ölkəsi kimi göstərildiyi üçün, bu, istehsalçının öz məhsulu haqqında yanlış məlumat verdiyi anlamına gəlir ki, bu da artıq istehlakçı hüquqlarının pozulmasıdır.

 

Rusiya azərbaycanlıları işğalçılara ciddi ziyan vurmaq istəyirlərsə, yaşadıqları ölkələrdə “Artsakh fruit” məhsullarının satışına qanuni qadağa qoyulmasına nail olmalıdırlar. Bu, onların əsas prioriteti olmalıdır.

Müəllif: Asif Aydınlı