Xankəndidə yanğın törədən şəxs tutulub

Xəbərlər

28.07.2025 - 15:47

Yanğının Malik İsmayılov yemək hazırlayarkən qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub

İyulun 27-də Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınlığında yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan AYNA.AZ-a bildirilib ki, araşdırmalarla yanğının 1973-cü il təvəllüdlü Malik İsmayılov yemək hazırlayarkən qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində təxminən 40 kv.m sahədə yaşıllığa zərər vuran M.İsmayılov barəsində həbs qərarı verilib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş