Xankəndidə xeyli sayda silah-sursat aşkarlanıb

Xəbərlər

09.04.2024 - 11:08

cedabet dərman SEO Xidməti

Daxili İşlər Nazirliyi məlumat yayıb

Xankəndidən xeyli sayda silah-sursat aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 8-də Xankəndi şəhəri ərazisindən 7 avtomat silahı, 1 pulemyot, 3 tüfəng, 7 qumbara, 68 patron darağı, 1840 ədəd müxtəlif çaplı patron, 11 ədəd süngü bıçaq, 1 ədəd rabitə qurğusu və digər sursatlar aşkar olunaraq götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş