Xankəndidə silah-sursat aşkarlanıb

Xəbərlər

14.03.2024 - 10:01

25 avtomat, pulemyot, 11 qumbara aşkar edilib

Xankəndidə polis əməkdaşları ötən gün xeyli sayda silah-sursat aşkarlayıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 13-də Xankəndi şəhəri ərazisindən 25 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 3 tapança, 1 tüfəng, 11 qumbara, 10 alışdırıcı, 38 patron darağı, 7575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş