Xankəndidə DYP xidmətə başlayıb

Xəbərlər

07.03.2024 - 23:14

Elşad Hacıyev: "Profilaktik işlər aparılır"

Xankəndi şəhərində DYP əməkdaşları da xidmətə başlayıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

"Şəhər ərazisində yol-hərəkəti qaydalarının təşkili və tənzimlənməsi həyata keçirilir. Hərəkət iştirakçılarına polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyi ilə bağlı izahlar verilir, profilaktik işlər aparılır. Səngərsiz Vətəndə xidmətimizdən qürur duyuruq", - E.Hacıyev qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş