Xankəndidə avtomat və qumbaralar aşkarlanıb

Xəbərlər

29.03.2024 - 09:32

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar aşkarlayıblar.

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə martın 28-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 2 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 20 patron darağı, 3640 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Müəllif: Ayna.az